Bank Of Baku

Azərbaycan I rübdə Rusiyaya 33 mln. kVt/saat elektrik enerjisi satıb

Azərbaycan I rübdə Rusiyaya 33 mln. kVt/saat elektrik enerjisi satıb
# 30 may 2009 08:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Cari ilin birinci rübündə Azərbaycan Rusiyaya 33 mln. kVt/saat həcmində elektrik enerjisi satıb. APA-nın məlumatına görə, bu barədə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının açıqladığı hesabatda bildirilir.

Hesabat dövründə Rusiya Azərbaycana 8,5 mln. kVt/saat elektrik enerjisi ixrac edib.

Qeyd edək ki, ötən il Azərbaycan Rusiyaya 335,5 mln. kVt/saat, Rusiya isə Azərbaycana 111,3 mln. kVt/saat elektrik enerjisi ixrac edib. İxrac edilmiş elektrik enerjisinin həcmi 2007-ci il ilə nisbətdə müvafiq olaraq 104,6% və 45,3% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR