Bank Of Baku

ARDNŞ 20 illik fasilədən sonra “Ümid” perspektivli strukturun işlənilməsinə başlayıb

ARDNŞ 20 illik fasilədən sonra “Ümid” perspektivli strukturun işlənilməsinə başlayıb
# 01 iyun 2009 07:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 20 illik fasilədən sonra ilk dəfə olaraq “Ümid” perspektivli strukturunun işlənilməsinə başlayıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Artıq kəşfiyyat və hasilat qazmasının aparılması üçün nəzərdə tutulmuş “Ümid-1” platformasında tikinti-quraşdırma işləri başa çatdırılıb. Platformada qazma qurğusu, elektrik stansiyası, vertolyot meydançası, burada növbə ilə çalışacaq işçilərin yaşaması və asudə vaxtlarını səmərəli keçirmələri üçün bütün lazımi şəraitlə təmin olunmuş iki yaşayış bloku quraşdırılıb. İşçi komissiyanın yekdil rəyinə görə platforma istismar üçün tam hazır vəziyyətdədir.

Qeyd edək ki, bu ay platformada 6500 metr dərinliyə ilk kəşfiyyat quyusunun qazılmasına başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR