Bank Of Baku

XVI Xəzər Beynəlxalq Neft və Qaz konfransına ABŞ, Rusiya, Türkiyə, Almaniya və Qazaxıstandan rəsmi şəxslər qatılacaq

XVI Xəzər Beynəlxalq Neft və Qaz konfransına ABŞ, Rusiya, Türkiyə, Almaniya və Qazaxıstandan rəsmi şəxslər qatılacaq
# 01 iyun 2009 09:38 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. İyunun 3-4-də Bakıda keçiriləcək XVI Xəzər Beynəlxalq Neft və Qaz konfransına Azərbaycan, ABŞ, Rusiya, Türkiyə, Almaniya və Qazaxıstandan rəsmi şəxslər qatılacaqlar. APA-nın məlumatına görə, bu sərgidə iştirak etmək üçün ABŞ-ın energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar, Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri Sauat Mınbayev, Almaniyanın iqtisadiyyat və texnologiyalar federal naziri Detlef Dok, Türkiyənin energetika nazirinin müavini Yusuf Yazar, Rusiya Energetika Nazirliyinin dövlət enerji siyasəti departamentinin direktor müavini Stanislav Circinkeviç Bakıya gələcəklər. Bundan başqa “Nobel Charitable Trust Foundation” xeyriyyə fondunun sədri Maykl Nobelin və dünyanın aparıcı neft-qaz şirkətlərinin nümayəndələrinin də Azərbaycana gələcəyi gözlənilir. Konfransda Xəzər regionunun dünyanın enerji təhlükəsizliyinin təminatında rolu, Azərbaycanın neft-qaz sektoruna investisiya qoyuluşu məsələləri müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR