Bank Of Baku

İran Azərbaycanla mübahisəli «Alov» yatağında kəşfiyyat işlərinə başlayır

İran Azərbaycanla mübahisəli «Alov» yatağında kəşfiyyat işlərinə başlayır
# 01 iyun 2009 13:51 (UTC +04:00)
«APA-Economics»in «Tehran Times»ə istinadən verdiyi məlumata görə, bunu İranın neft sənayesi naziri Qulam Hüseyn Nozari bildirib.

Nazir bu məqsədlə yataqda qazma qurğusunun tikiləcəyini vurğulayıb. Yatağın mübahisəli olması ilə bağlı məsələyə gəlincə, nazir Xəzər dənizinin hüquqi rejiminin nəzərə alındığını və burada heç bir problemin olmadığını qeyd edib.

Nazir onu da bildirib ki, hazırda iki İran şirkəti layihənin texniki-iqtisadi əsaslandırılmasını hazırlayır.

Qeyd edək ki, İranın «Alborz» adlandırdığı «Alov» yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan cənub-şərqə doğru təxminən 120 kilometrlik məsafədə yerləşir. «Alov», «Araz», «Şərq» perspektiv yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü sazişi Azərbaycan hökuməti ilə 1998-ci ilin iyul ayında imzalanıb. Saziş 1400 kvadrat kilometrə yaxın ərazini əhatə edir. 2001-ci il iyulun 23-də adıçəkilən strukturların ərazisində kəşfiyyat aparan «Geofizik-3» İran Hərbi Dəniz Qüvvələri tərəfindən ərazidən uzaqlaşdırılıb.

Sahənin texniki qiymətləndirilməsi işləri 2002-ci ildə həyata keçirilib. Lakin ilk quyunun qazılması İran ilə Azərbaycan arasında bu ərazidə sektor sərhədlərinə dair danışıqlar başa çatana qədər dondurulub. BP şirkətinin operator olduğu layihədə «Statoil» 15%, ARDNŞ 40%, BP 15%, «ExonMobil» 15%, TPAO 10%, «Alberta Energy» 5% paya malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR