Bank Of Baku

Bakıda keçiriləcək Beynəlxalq “Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası” konfransının gündəliyi açıqlanıb

Bakıda keçiriləcək Beynəlxalq “Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası” konfransının gündəliyi açıqlanıb
# 01 iyun 2009 13:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İyunun 3-də Bakıda «Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası” Sərgisi çərçivəsində 16-cı Beynəlxalq “Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası” konfransı keçiriləcək. «APA-Economics»in məlumatına görə, bu barədə konfransın meneceri Nigar Muradxanlı bildirib.

İki gün davam edəcək konfransda 23 ölkədən 450 nümayəndənin iştirakı gözlənilir. Konfransda Azərbaycan, Türkiyə, İran və Qazaxıstanın sənaye nazirləri, eləcə də ABŞ, Rusiya, Almaniya, Böyük Britaniyanın nazirlik və dövlət strukturlarının nümayəndələri, ARDNŞ, BP, RWE, TPAO, OMV və digər neft şirkətlərinin rəhbərləri məruzə ilə çıxış edəcəklər.

Konfransın birinci günündə Xəzər regionunun potensial neft-qaz yataqlarının kəşfiyyatı layihələri müzakirə olunacaq və Azərbaycanın neft və qaz sektorlarına sərmayələrin qoyulması məsələsinə toxunulacaq. İkinci gün isə regionun neft və qaz ehtiyatlarının nəqli üzrə bir sıra alternativ təkliflər, habelə Xəzərin enerji ehtiyatlarının dünya bazarına nəqli magistralları perspekstivləri müzakirə ediləcək.

Qeyd edək ki, sərgi və konfrans Böyük Britaniyanın «İTE Group PLC» şirkətinin təşkilatçılığı ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR