Bank Of Baku

ARDNŞ «Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası» sərgisində iştirak edən bəzi şirkətlərlə Azərbaycan qazının satılmasına dair danışıqlar aparacaq

ARDNŞ «Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası» sərgisində iştirak edən bəzi şirkətlərlə Azərbaycan qazının satılmasına dair danışıqlar aparacaq
# 02 iyun 2009 13:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. İyunun 2-dən 5-dək Bakıda keçiriləcək «Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası» sərgisi çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) sərgidə iştirak edən bir sıra xarici şirkətlərlə Azərbaycan qazının satılmasına dair danışıqlar aparacaq. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-ın prezidenti Rövnəg Abdullayev bildirib. R. Abdullayevin sözlərinə görə, sərgidə Azərbaycan təbii qazının alınmasına maraq göstərin bir sıra şirkətlər iştirak edir: «Biz onlarla ayrı-ayrılıqda görüşüb danışıqlar aparacağıq. Məhz bundan sonra hansı ölkəyə hansı həcmdə qaz satılacağı müəyyənləşəcək».
Qeyd edək ki, Bakıda keçirilən sərgidə «OMV Gas&Power», «National Iranian Gas Company», «RWE AG» və bir sıra digər xarici şirkətlər iştirak edir. Ümumiyyətlə isə, sərgiyə 22 ölkədən 300-ə yaxın şirkət qatılıb. Sərgi Böyük Britaniyanın «ITE Group PLC» şirkətinin təşkilatçılığı ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR