Bank Of Baku

ARDNŞ İzmirdə inşa edəcəyi neft emalı zavodunun layihələndirilməsinə başlanıb

ARDNŞ İzmirdə inşa edəcəyi neft emalı zavodunun layihələndirilməsinə başlanıb
# 02 iyun 2009 13:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən «Petkim Holding» üçün İzmirin (Türkiyənin) Əlağa qəsəbəsində inşa olunacaq neft emalı zavodunun layihələndirilməsinə başlanılıb. «APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ-ın prezidenti, «Petkim Holding»in İdarə Heyətinin sədri Rövnəg Abdullayev bildirib. R. Abdullayevin sözlərinə görə, ARDNŞ və «Petkim Holding»in digər tərəfdaşları tərəfindən tikiləcək yeni neft emalı zavodu holdinqin məhsuldarlığını artıracaq.
Qeyd edək ki, ARDNŞ «Petkim Holding»in 51% payına sahibdir. Zavodun tikintisinə isə ARDNŞ tərəfindən ilkin olaraq 4 mlrd. ABŞ dolları həcmində vəsaitin ayrılması nəzərdə tutulur. Lakin hazırda dünyada müşahidə olunan maliyyə böhranına görə ayrılacaq investisiyanın həcmi korrektə oluna bilər.
Xatırladaq ki, inşa olunacaq zavodun illik gücü ilkin olaraq 8-10 mln. ton planlaşdırılsa da, dəqiq rəqəmlər zavodun texniki iqtisadi əsaslandırması hazırlandıqdan sonra məlum olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR