Bank Of Baku

ARDNŞ Türkiyənin «Tekfen İnşaat» şirkətinin səhmlərinin alınmasını təxirə salıb

ARDNŞ Türkiyənin «Tekfen İnşaat» şirkətinin səhmlərinin alınmasını təxirə salıb
# 02 iyun 2009 13:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ Türkiyənin «Tekfen İnşaat» şirkətinin səhmlərinin alınması prosesini təxirə salıb. «APA-Economis»in məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

«İndiki zamanda tikinti şirkətlərinin alınması riskdir. Ona görə də bunu saxladıq. Bizə maraqlı olarsa, ilin sonunda bu məsələyə baxacağıq», - deyə R.Abdullayev vurğulayıb..

Qeyd edək ki, ARDNŞ «Tekfen Holding»ə daxil olan «Tekfen İnşaat» şirkətinin səhmlərinin 50%-ni almaq barədə marağını 2008-ci ilin sentyabr ayında ifadə edib. Razılaşmaya əsasən ARDNŞ qurulan yeni şirkətə 520 mln. ABŞ dolları dəyərində tikinti işləri verməli idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR