Bank Of Baku

İran və Azərbaycan arasında mövcud qaz kəmərinin ötürmə gücünün artırılması üçün kəmərdə əsaslı təmirə ehtiyac var

İran və Azərbaycan arasında mövcud qaz kəmərinin ötürmə gücünün artırılması üçün kəmərdə əsaslı təmirə ehtiyac var
# 02 iyun 2009 14:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İran və Azərbaycan arasında mövcud qaz kəmərinin ötürmə gücünün artırılması üçün kəmərdə əsaslı təmirə ehtiyac var. Bunu «APA-Economics»ə açıqlamasında İran Milli Qaz Şirkətinin nümayəndəsi Cəlil Şəmşiri Milani bildirib.

Onun sözlərinə görə, 40 mm diametrli kəmərin bəzi hissələri paslandığından yüksək təzyiqlə qaz nəqlinə təhlükə yaranır. Ümumilikdə 200 km uzunluğunda kəmərdə əsaslı təmirə ehtiyac var.

İran nümayəndəsinin sözlərinə görə, hazırda kəmərlə sutkada 1 mln. kub/m qaz nəql olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR