Bank Of Baku

«Əsrin müqaviləsi»nin iştirakçıları Azərbaycana müqavilənin müddətinin uzadılmasını təklif ediblər

«Əsrin müqaviləsi»nin iştirakçıları Azərbaycana müqavilənin müddətinin uzadılmasını təklif ediblər
# 02 iyun 2009 15:03 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib. Ş. Mövsümovun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır: «Müqavilə 2024-cü ildə bitəcək. Biz müqavilənin müddətinin uzadılmasına hələlik tələsmirik. «Əsrin müqaviləsi»nin iştirakçılarına da hələlik nə müsbət, nə də mənfi cavab vermişik».
Qeyd edək ki, «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlarının işlənməsi layihəsinə dair müqavilə - «Əsrin müqaviləsi» 1994-cü ilin sentyabr ayında imzalanıb. AÇG yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR