Bank Of Baku

Neftin qiyməti dəyişməyib

Neftin qiyməti dəyişməyib
# 03 iyun 2009 06:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyun 2-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 0,03 dollar və ya 0,04% azalaraq 1 barelə görə 68,55 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, iyunun 2-də ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,20 dollar artaraq 68,17 dollar təşkil edib.
Son zamanlar müşahidə olunan neft bazarında kotirovkaların yüksəlmə tendensiyası bütün dünya analitiklərinin diqqətini cəlb edərək, yaxın və orta perspektivdə neftin qiymətləri üzrə müxtəlif proqnozların meydana çıxmasına səbəb olub. Nəticədə, neftin 200 dollaradək bahalaşacağına qədər əsaslı və əsassız proqnoz və fikirlər səsləndirilir ki, bu da neft bazarına güclü təsir edərək investorlar arasında birmənalı olmayan əhval-ruhiyə yaradır. Bu isə öz növbəsində neft bazarında tendensiyaların dəyişkənliyə səbəb olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR