Bank Of Baku

ABƏŞ 2009-cu ildə Azərbaycandakı neft hasilatı proqnozunu korrektə edib

ABƏŞ 2009-cu ildə Azərbaycandakı neft hasilatı proqnozunu korrektə edib
# 03 iyun 2009 07:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunadək Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) neft hasilatı proqnozu korrektə edilib. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib.
Ş. Mövsümov, həmçinin, qeyd edib ki, ABƏŞ-in bu il üçün pessimistik proqnozlarına görə, neft hasilatının həcmi 35 mln. ton təşkil edib: «Lakin sonradan ABƏŞ bu proqnozu dəyişdirib və 2009-cu ildə ABƏŞ-in neft hasilatının həcmi bir qədər çox olacağı gözlənilir».
Qeyd edək ki, ABƏŞ-in tərəfdaşları sırasına BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR