Bank Of Baku

Azərbaycanla Türkiyə arasında təbii qazın satış qiymətinə dair ilkin razılıq əldə olunub

Azərbaycanla Türkiyə arasında təbii qazın satış qiymətinə dair ilkin razılıq əldə olunub
# 03 iyun 2009 09:00 (UTC +04:00)
Bu barədə “APA-Economicsə” eksklüziv açıqlamasında Türkiyənin enerji və təbii qaynaqlar nazirinin müavini Yusif Yazar bildirib. Onun sözlərinə görə, hazırda layihə ilə bağlı 3-4 məsələ müzakirə olunur: “Onların arasında vergi məsələsi də var. Tranzitə bağlı müzakirələr başa çatıb və ortada razılıq var. Ümid edirik ki, iyunun sonunadək hökumətlərarası sənəd imzalanacaq. “”Nabucco” ilə bağlı siyasi iradə var və tərəflər öz fikirlərini ortaya qoyublar”.

Nazir müavini Türkiyə və Azərbaycan arasında təbii qazın yeni alqı-satqı qiymətləri ilə bağlı ilkin razılığın əldə olunduğunu da bildirib. Ancaq o hazırda qiymətlərlə bağlı müzakirələr davam etdiyi üçün bu barədə ətraflı məlumat verməyib: “Bu qiymət hər iki tərəfi qane edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR