Bank Of Baku

Nazir: “Rusiya ərazisindən neft ixracı Azərbaycanı qane edir”

Nazir: “Rusiya ərazisindən neft ixracı Azərbaycanı qane edir”
# 03 iyun 2009 12:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Rusiya ərazisindən neft ixracı Azərbaycanı qane edir. «APA-Economics»in məlumatına görə, bunu sənaye və energetika naziri Natiq Əliyev bildirib.

«Rusiya ərazisində bir qiymət var və biz bundan savayı heç nə ödəmirik. Yəni bütün ödənişlər tarifə gedir», - deyə N.Əliyev vurğulayıb.

Nazir bildirib ki, Rusiya tərəfindən təqdim olunan tranzit şərtlərinin yaxın vaxtlarda dəyişdirilməsi gözlənilmir. Şərtlərdə dəyişikliklərlə bağlı qarşı tərəf ən azı yarım il əvvəlcədən bu barədə nota ilə çıxış etməlidir.

Azərbaycan və Rusiya arasında tranzit müqaviləsi 1996-cı ildə bağlanıb. Azərbaycan nefti Rusiya ərazisindən Bakı-Novorossiysk kəməri ilə yola salınır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR