Bank Of Baku

ARDNŞ «Total» şirkəti ilə birgə «Abşeron» strukturunda ilk quyunu 2010-cu ildə qazmağı planlaşdırır

ARDNŞ «Total» şirkəti ilə birgə «Abşeron» strukturunda ilk quyunu 2010-cu ildə qazmağı planlaşdırır
# 03 iyun 2009 12:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ və Fransanın «Total» şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən «Abşeron» strukturunda ilk quyunu 2010-cu ildə qazmağı planlaşdırır. «APA-Economics»in məlumatına görə, bu barədə Bakıda keçirilən 16-cı Beynəlxalq Xəzər neft və qaz Konfransda çıxışında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

R. Abdullayevin sözlərinə görə, hazırda kəşfiyyat quyusunun yerinin seçilməsi, layihə dərinliyi və hasilatın təyin edilməsi üçün araşdırmalar aparılır.

Qeyd edək ki, ARDNŞ ilə «Total» şirkəti arasında “Abşeron” dəniz yatağı layihəsi üzrə məhsulun bölünməsi haqqında saziş cari ilin fevral ayında imzalanıb. Layihədə ARDNŞ- 40%, «Total» isə 60% paya malikdir. Sazişə əsasən bütün kəşfiyyat xərclərini «Total» ödəyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR