Bank Of Baku

ARDNŞ bu ay «Ümid» strukturunda ilk quyunu qazmağa başlayacaq

ARDNŞ bu ay «Ümid» strukturunda ilk quyunu qazmağa başlayacaq
# 03 iyun 2009 12:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu ay ARDNŞ öz imkanları hesabına Xəzərin Azərbaycan sektorunda yerləşən «Ümid» strukturunda ilk quyunun qazılmasına başlayacaq. «APA-Economics»in məlumatına görə, bu barədə Bakıda keçirilən 16-cı Beynəlxalq Xəzər neft və qaz Konfransda çıxışında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

R. Abdullayevin sözlərinə görə, məhsuldar qatın 7-ci horizontuna qazılacaq quyunun dərinliyi 6500 metr olacaq.

ARDNŞ prezidenti sahədə mühəndis geoloji işlərin aparıldığını da qeyd edib: «ARDNŞ 20 illik fasilədən sonra ilk dəfə olaraq, öz gücü ilə “Ümid” perspektivli strukturunun işlənməsinə başlayır. Artıq kəşfiyyat və hasilat qazmasının aparılması üçün nəzərdə tutulmuş “Ümid-1” platformasında tikinti-quraşdırma işləri müvəffəqiyyətlə başa çatdırılıb».

Qeyd edək ki, Bakıdan 80 km cənubda yerləşən «Ümid» yatağında suyun dərinliyi 100-300 metr, məhsuldar qatların dərinliyi isə 300-3500 metr arasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR