Bank Of Baku

Rövnəq Abdullayev: “Azərbaycan bu il bir neçə strukturda kəşfiyyat işlərinə başlamağı planlaşdırır”

Rövnəq Abdullayev: “Azərbaycan bu il bir neçə strukturda kəşfiyyat işlərinə başlamağı planlaşdırır”
# 03 iyun 2009 13:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Layihənin işlənməsinə başlanandan indiyədək Azərbaycanın neft sektoruna 36 mlrd. ABŞ dollar investisiya yatırılıb. «APA-Economics»in məlumatına görə, bu barədə Bakıda keçirilən XVI Beynəlxalq Xəzər Neft-Qaz Konfransında çıxışı zamanı ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib.

Bu vəsaitin 21 mlrd. dollarının Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsinə sərf olunduğunu vurğulayan R. Abdullayev Azərbaycanın neft sektorunda görülən işlər və perspektiv planlarla bağlı məlumat verib.

R. Abdullayev bildirib ki, hazırda «Şahdəniz» yatağında gündəlik orta hasilat 22 mln. kubmetr qaz və 6 min ton kondensat təşkil edir. Yataq üzrə çıxarıla biləcək ehtiyatlar 1 trln. 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmindədir.

R. Abdullayev bu il «Zəfər-Məşəl», «Qarabağ», «Babək», «Naxçıvan», D-8, D-10 və digər strukturlarda kəşfiyyat işlərinin planlaşdırıldığın deyib.

Türkiyənin enerji və təbii qaynaqlar nazirinin müavini Yusif Yazar isə Türkiyənin enerji siyasəti barədə danışıb. O, ölkəsinin «Nabucco» layihəsinin reallaşması istiqamətində səylərini artırdığını qeyd edib: ««Nabucco» bizim perspektiv layihələrimizdəndir və təklif edilən kəmərlər arasında ən perspektivlilərdəndir. Türkiyə həmçinin İraq və Misirdən qaz nəqli istiqamətində işlər aparır».

«StatoilHyidro Azerbaijan» şirkətinin prezidenti Kristian Hausken isə qeyd edib ki, Azərbaycan 10-15 il ərzində ildə 30 mln. kubmetr qaz ixrac etmək imkanına malikdir.

Qeyd edək ki, konfransın sabahkı gündəliyinə Xəzərin enerji resurslarının mənimsənilməsi və dünya bazarlarına nəqli, regionda beynəlxalq nəql layihələri və s. məsələlər daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR