Bank Of Baku

«SOCAR Georgia» bu il Gürcüstanda daha 15 yanacaqdoldurma məntəqəsi açacaq

«SOCAR Georgia» bu il Gürcüstanda daha 15 yanacaqdoldurma məntəqəsi açacaq
# 03 iyun 2009 13:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ Gürcüstanda fəaliyyətini genişləndirməyi planlaşdırır. «APA-Economics»in məlumatına görə, bu barədə Bakıda keçirilən 16-cı Beynəlxalq Xəzər neft və qaz Konfransda çıxışında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

R. Abdullayevin sözlərinə görə, ARDNŞ hazırda ümumi ötürmə gücü 10 mln. tona yaxın olan Qara dəniz Terminalının ötürmə gücünü 15 – 20 mln. tona çatdırmağı planlaşdırır.

ARDNŞ-in Gürcüstanda açdığı «SOCAR Georgia» şirkəti isə bu il Gürcüstanda əlavə olaraq 15 yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır: «Ötən il 23 yanacaqdoldurma məntəqəsi açıldı. Biz bu il yanacaqdoldurma məntəqələrinin sayını artırmağı planlaşdırırıq».

Qeyd edək ki, ARDNŞ Gürcüstanda yanacaqdoldurma məntəqələrini yaratmağa 2008-ci ilin may ayında başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR