Bank Of Baku

«Azərboru» iyunun sonunadək məhsul istehsalını bərpa etməyi planlaşdırır

«Azərboru» iyunun sonunadək məhsul istehsalını bərpa etməyi planlaşdırır
# 03 iyun 2009 13:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərboru» SC iyunun sonunadək məhsul istehsalını bərpa etməyi planlaşdırır. Bu barədə «APA-Economics»ə «Azərboru» SC-nin direktoru Əzim Əzimov məlumat verib.

Ə. Əzimovun sözlərinə görə, artıq müəssisə 2 500 ton borunun ixracına dair sifariş alıb. Bu sifarişi yerinə yetirmək üçün müəssisə yaxın vaxtlarda istehsalı bərpa etməyi planlaşdırır.

«Paralel olaraq yeni sifarişlərlə bağlı danışıqlar aparırıq. Hesab edirəm ki, sifarişlər davamlı olacaq və biz məhsulları Avropa ölkələrində yeni bazarlara təqdim edəcəyik», - deyə Ə.Əzimov vurğulayıb.

Qeyd edək ki, dünyadakı maliyyə böhranı ilə əlaqədar «Azərboru» SC mart ayından istehsalı dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR