Bank Of Baku

Neftin qiyməti düşüb

Neftin qiyməti düşüb
# 04 iyun 2009 07:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyun 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 2,43 dollar və ya 3,55% azalaraq 1 barelə görə 66,12 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, iyunun 3-də ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,29 dollar azalaraq 65,88 dollar təşkil edib.
Neftin ucuzlaşmasına əsas səbəb ABŞ-da ötən həftə neft və bəzi neft məhsulları ehtiyatların artması barədə məlumatlar olub. Belə ki, ABŞ-ın Energetika Nazirliyi xəbər verib ki, ötən həftə ərzində xam neft ehtiyatları 2,9 mln. barel artaraq 366 mln. barelə, mazut və dizel yanacağı ehtiyatları 1,6 mln. barel artaraq 150 mln. barelə, benzin ehtiyatları isə 0,2 mln. barel azalaraq 203,2 mln. barelə çatıb. Qeyd edək ki, xam neft ehtiyatlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,3%, mazut və dizel yanacağı ehtiyatları isə 33,8% çoxdur. Eyni zamanda ABŞ-ın strateji neft ehtiyatları həftə ərzində 0,1 mln. barel artaraq 721,7 mln. barelə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR