Bank Of Baku

Yaxın vaxtlarda “Nabucco” layihəsinin reallaşmasına dair sənəd imzalanacaq

Yaxın vaxtlarda “Nabucco” layihəsinin reallaşmasına dair sənəd imzalanacaq
# 04 iyun 2009 08:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Yaxın bir neçə həftə ərzində Xəzər bölgəsindən Türkiyə və Avropaya qazın nəqlini nəzərdə tutan «Nabucco» layihəsinin reallaşmasına dair sənədin imzalanması gözlənilir. “APA-Economics”in məlumatına görə, bu barədə Bakıda keçirilən 16-cı Beynəlxalq Xəzər Neft və qaz Konfransında “Nabucco” beynəlxalq qaz kəmərinin icraçı direktoru Reynhard Mitçek bildirib. R. Mitçekin sözlərinə görə, bu il layihənin reallaşması üçün müəyyən işlər görülüb: “Biz bu gün dövlətlərdən dəstək axtarırıq. Eyni zamanda qazın təchizat mənbələrini müəyyənləşdiririk. Yaxın bir neçə həftə ərzində yekun sənəd imzalanacaq”. R.Mitçek bildirib ki, beynəlxalq maliyyə qurumları da layihəyə maraq göstərir və onu dəstəkləyirlər: “Yaponiya və Amerikanın investorları da layihəyə maraq göstərir. Ümumilikdə isə layihənin 25%-i beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşdiriləcək”. R.Mitçekin sözlərinə görə, layihənin maliyyələşməsi ilə bağlı məsələlər gələn ilin əvvəlində həll olunacaq.
Qeyd edək ki, sözügedən layihə Xəzər bölgəsindən Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriyanın ərazilərindən keçərək Avropaya qazın nəqlini nəzərdə tutur. R. Mitçek onu da vurğulayıb ki, Avropada qazın istehlakçıları var, nəql olunan qaz üzrə tələbat artıq formalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR