Bank Of Baku

Azərbaycan son 2 ildə qaz ixracını 2 dəfə artırıb

Azərbaycan son 2 ildə qaz ixracını 2 dəfə artırıb
# 04 iyun 2009 12:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən gün Bakıda başlamış XVI Beynəlxalq Xəzər Neft-Qaz Konfransı bu gün yeni mövzular üzrə müzakirələrlə işini davam etdirib. «APA-Economics»in məlumatına görə, konfransda Azərbaycanda neft-qaz layihələrinin icrası, nəql kəmərləri, «Nabucco», Trans Adriatik (TAP), İTGİ kəməri, BTC-nin genişlənməsi, Avropanın qaz bazarının vəziyyəti və perspektivləri, regional əməkdaşlıq məsələləri müzakirə olunub.

ARDNŞ-in 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, 1997-ci ildən bu günədək aparılmış geoloji tədqiqat işləri nəticəsində Azərbaycanda əvvəlcə nəzərdə tutulduğundan 2 mlrd. 50 mln. ton artıq hasil edilə bilən karbohidrogen ehtiyatlarının olduğu müəyyənləşib.

«Bu günə Azərbaycanın təsdiq olunmuş karbohidrogen ehtiyatları 4 mlrd. ton qiymətləndirilir. Fikrimcə, aparılan tədqiqatlar nəticəsində 2015-ci ilədək müəyyən olunacaq ehtiyatlarımızın həcmi isə 8-10 mlrd. tona bərabər olacaq», - deyə X.Yusifzadə vurğulayıb.

ARDNŞ rəsmisi yaxın 6 il ərzində «Babək», «Zəfər-Məşəl», «Naxçıvan» kimi perspektiv strukturların işə salınacağını qeyd edib. X. Yusifzadə bu strukturlardan, əsasən, qaz hasilatının nəzərdə tutulduğunu bildirib.

X. Yusifzadə ARDNŞ-in neft sənayesində ilk dəfə nanotexnologiyalardan istifadə etdiyini də qeyd edib. Belə ki, 60-dək quyuda bu nanotexnologiyaların tətbiqi nəticəsində hasilat artıb. Həmçinin 1 manat xərcə qarşı 25 manat mənfəət əldə olunub.

«Nabucco» Beynəlxalq Qaz Kəmərinin idarəedici direktoru Reynhard Mitçek isə Xəzər regionundan qazın Avropa bazarlarına nəqli imkanlarından danışıb, «Nabucco» layihəsi üzrə son işlər barədə məlumat verib.

ARDNŞ-in sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov isə Azərbaycanın qaz ixracı imkanlarından danışıb. Son 2 ildə qaz ixracının 2 dəfə artdığını qeyd edən E. Nəsirov Azərbaycanın eyni zamanda tranzit imkanlarını da digər ölkələrə təqdim etdiyini vurğulayıb.

ARDNŞ rəsmisi Azərbaycanın bütün istiqamətlərdə nəql layihələrini dəstəklədiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR