Bank Of Baku

«Şahdəniz» yatağında ikinci platformanın inşası planlaşdırılır

«Şahdəniz» yatağında ikinci platformanın inşası planlaşdırılır
# 04 iyun 2009 12:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» yatağında ikinci platformanın inşası planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ-in 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

X. Yusifzadənin sözlərinə görə, qazılmış quyulardan qazın sualtı metodla platformaya nəqlinə dair də təkliflər var. Belə olan təqdirdə yataqda platformaların sayı az olacaq.

X. Yusifzadənin fikrincə, böyük ehtiyata malik «Şahdəniz»də bu metod asan deyil, eyni zamanda risklidir. Ona görə də yataqda platformaların sayının çox olması artıq xərc tələb etməsinə baxmayaraq, təhlükəsizlik baxımından vacib hesab olunur.

Qeyd edək ki, «Şahdəniz» yatağının qaz ehtiyatı 1,2 trilyon kubmetr həcmində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR