Bank Of Baku

Trans Adriatik Kəməri layihəsi üzrə tikinti işləri üçün son hazırlıqlar görülür

Trans Adriatik Kəməri layihəsi üzrə tikinti işləri üçün son hazırlıqlar görülür
# 04 iyun 2009 12:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Trans Adriatik Kəməri (TAP) layihəsi üzrə tikinti işlərinə başlamaq üçün son hazırlıqlar görülür. «APA-Economics»in məlumatına görə, bunu Bakıda keçirilən 16-cı Beynəlxalq Xəzər neft və qaz Konfransında TAP-ın idarəedici direktoru Robert Klayn bildirib.

Artıq kəmərin marşrutu seçilib, marşrut üzrə ərazinin kəşfiyyatı aparılıb və hazırda Albaniya hökuməti ilə bəzi məsələlərlə bağlı, o cümlədən, xüsusi icazə rejiminin alınmasına dair danışıqlar gedir. Kəmər Adriatik dənizinin - 820 metr dərinliyi və Albaniya ərazisində 1800 metr hündürlüklü ərazilərdən keçəcək.

«Hazırda qazın saxlanılması üçün Albaniyada böyük bir anbarın tikintisinə dair danışıqlar aparılır. Albaniya ərazisində seçilmiş ərazi seysmik baxımdan etibarlıdır. Fövqəladə vəziyyət yarandıqda təchizat bu anbardan həyata keçiriləcək», - deyə R. Klayn vurğulayıb.

R. Klayn layihəyə Avropa İttifaqı və İtaliyanın dəstək verdiyini bildirib. Şirkət rəsmisinin sözlərinə görə, TAP cənub dəhlizində ən qısa və səmərəli marşrutdur.

İlkin ötürmə gücü 10 mlrd.kub/metr olacaq bu kəmərin gücünü gələcəkdə 20 mlrd. kubmetrə çatdırmaq planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR