Bank Of Baku

Ötən ay Azərbaycanda dövlətə təhvil verilən qazın həcmi azalıb

Ötən ay Azərbaycanda dövlətə təhvil verilən qazın həcmi azalıb
# 04 iyun 2009 13:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin may ayında Azərbaycanda dövlətə 881 655 148 kubmetr qaz təhvil verilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Aprel ayı ilə müqayisədə dövlətə təhvil verilmiş qazın həcmi 14,5% azalıb.

Təhvil verilmiş qazın 533 057 518 kubmetri ARDNŞ-in, 348 597 630 kubmetri isə Konsorsiumun payına düşüb.

Ümumilikdə, 2009-cu ilin yanvar-may aylarında dövlətə 4 996 845 000 kubmetr qaz təhvil verilib ki, bunun 2 805 808 486 kubmetri ARDNŞ-in, 2 191 036 514 kubmetri isə Konsorsiumun payı təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR