Bank Of Baku

“AzBelTraktor” birgə müəssisəsinin yaradılması haqqında sənəd imzalanıb

“AzBelTraktor” birgə  müəssisəsinin yaradılması haqqında sənəd imzalanıb
# 04 iyun 2009 13:05 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bakıda Gəncə Avtomobil Zavodu ilə Minsk Traktor Zavodu arasında “AzBelTraktor” birgə müəssisəsinin yaradılması haqqında sənəd imzalanıb. APA-nın məlumatına görə, imzalanma mərasimində çıxış edən Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç müəssisənin yaradılması haqqında sazişin bu il mayın 5-də Minskdə keçirilən Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclası çərçivəsində imzalandığını xatırladıb. Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyev isə bildirib ki, müəssisənin yaradılmasında məqsəd istehsal olunacaq traktorları üçüncü ölkələrə satmaqdır. Bu məqsədlə Türkiyənin bir neçə şirkəti ilə marketinq-araşdırma işi aparılıb. Müəssisədə “Belarus 82.1” və “Belarus 80.1” markalı traktorlar istehsal olunacaq. Yaxın günlərdə fəaliyyətə başlayacaq müəssisədə əvvəlcə ildə 1000-1200, daha sonra isə 8000 traktor istehsal ediləcək. Direktorun sözlərinə görə, ilk mərhələdə müəssisədə yeni 100-150 yeni iş yeri açılacaq. Minsk Traktor Zavodunun direktoru Aleksandr Puxovoy Gəncədə “Belarus” traktorlarının yığıldığını xatırladaraq qeyd edib ki, şəhərdə traktorların ehtiyat hissələri mərkəzinin yaradılması barədə də qərar qəbul olunub. Yeni yaradılmış birgə müəssisənin direktoru Kamran Nəzərov isə müəssisədə azərbaycanlı mütəxəssislərlə yanaşı, belaruslu mütəxəssislərin də çalışacağını söyləyib. Müəssisənin gəlirlərinin bölüşdürülməsi hər ilin yekunda səhmdarların iclasında müəyyənləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR