Bank Of Baku

Sumqayıtdakı neft-kimya zavodları rekonstruksiya olunacaq

Sumqayıtdakı neft-kimya zavodları rekonstruksiya olunacaq
# 04 iyun 2009 13:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Sumqayıtda yeni neft-kimya kompleksinin yaradılması dünyadakı maliyyə böhranı ilə əlaqədar təxirə salınmayacaq. Bu barədə «APA-Econmics»ə «Azərikimya» Dövlət Şirkətinin Mərkəzi Aparatının rəhbəri Süleyman Vəzirov məlumat verib.

S. Vəzirovun sözlərinə görə, artıq layihənin konsepsiyası və texniki iqtisadi əsaslandırılma sənədləri hazırdır. Artıq layihənin növbəti mərhələsi üzrə işlər aparılır.

«Bu Azərbaycanda neft layihələrindən sonra bu sektorda ən böyük layihə olacaq. Artıq layihənin əsas vaxt tələb edən hissəsi başa çatıb. Hazırda layihələndirmə mərhələsindəyik», - deyə şirkət rəsmisi vurğulayıb.

Layihənin birinci mərhələsində 19 neft-kimya və gücü 1 mln. ton olan, azot gübrələri istehsal edən zavodun tikintisi planlaşdırılır.

S. Vəzirovun sözlərinə görə, kompleks qurulub istifadəyə verilənə qədər hazırkı zavodlar fəaliyyət göstərəcək. Bundan sonra köhnə zavodların rekonstruksiyasına baxılacaq.

Yeni kompleksin əsas hissəsi Sumqayıt şəhərində, hazırda mövcud olan müəssisələrin ərazisində qurulacaq.

Qeyd edək ki, layihənin texniki məsləhətçisi Fransanın «Technip» şirkətidir. Texniki iqtisadi əsaslandırmanı ABŞ-ın «Nexant» şirkəti hazırlayıb. Yeni neft-kimya kompleksində seperasiya yolu ilə qazı təmizləyən xammal qurğusu, ammonyak və karbamid istehsalı qurğusu, buxar krekinq qurğusu, müxtəlif növ olefin, poliolefinlər və aromatik neft-kimya məhsulları istehsal edən çoxsaylı qurğuların tikilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR