Bank Of Baku

Neftin qiyməti 69 dollara qalxıb

Neftin qiyməti 69 dollara qalxıb
# 05 iyun 2009 06:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyun 4-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 2,69 dollar və ya 4,07% artaraq 1 barelə görə 68,81 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, iyunun 4-də ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,83 dollar artaraq 68,71 dollar təşkil edib.
Neftin bahalaşması ABŞ-ın fond bazarında kotirovkaların yüksəlməsi və əsasən “Goldman Sachs Group” maliyyə, investisiya və konsaltinq şirkəti tərəfindən cari ilin sonuna qədər neftin qiymətinin 85 dollaradək yüksəlməsi barədə proqnozunun açıqlanması olub. Qeyd edək ki, bu, “Goldman Sachs Group”un əvvəlki proqnozundan 31% artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR