Bank Of Baku

Azərbaycan və Türkiyə arasında təbii qazın yeni alğı-satqı qiyməti bir həftə ərzində məlum olacaq

Azərbaycan və Türkiyə arasında təbii qazın yeni alğı-satqı qiyməti bir həftə ərzində məlum olacaq
# 05 iyun 2009 08:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan və Türkiyə arasında təbii qazın yeni alğı-satqı qiyməti bir həftə ərzində təyin olunacaq. «APA-Economics»in məlumatına görə, bunu «Zaman» qəzetinə açıqlamasında Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib.

T. Yıldızın sözlərinə görə, Türkiyə tərəfi son təkliflərini ARDNŞ-ə təqdim edib. Azərbaycan tərəfinin də müəyyən təkliflərinin olduğunu deyən türkiyəli nazir hazırda ARDNŞ-dən cavabları gözlədiklərini qeyd edib.

Nazir müzakirə olunan qiymətləri razılıq əldə olunmadığından açıqlamayıb.

Qeyd edək ki, Türkiyə Azərbaycandan təbii qazın 1000 kubmetrini 120 ABŞ dollarına alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR