Bank Of Baku

Ötən ay Azərbaycanın enerji sistemində 1,4 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib

Ötən ay Azərbaycanın enerji sistemində 1,4 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib
# 05 iyun 2009 11:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin may ayında Azərbaycanın enerji sistemində 1,4 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib. Bu həcmdən 1,2 mlrd. kVt/saat enerji istehsalı istilik elektrik stansiyalarının (İES), 0,2 mlrd. kVt/saat isə su elektrik stansiyalarının (SES) payına düşür.

Ötən ay Rusiya, İran, Türkiyə və Gürcüstanla elektrik enerjisi mübadiləsi davam etdirilib.

Qeyd edək ki, cari ilin yanvar-may aylarında Azərbaycanın enerji sistemində 8,8 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib. Bunun 8 mlrd. kVt/saata yaxını İES-lərin, 0,8 mlrd. kVt/saatdan artıq hissəsi isə SES-lərin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR