Bank Of Baku

May ayında ARDNŞ avtomobil benzinin ixracını artırıb, dizel, təyyarə yanacağı, soba mazutunun ixracı isə azalıb

May ayında ARDNŞ avtomobil benzinin ixracını artırıb, dizel, təyyarə yanacağı, soba mazutunun ixracı isə azalıb
# 05 iyun 2009 14:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. May ayında ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən 28 901 ton avtomobil benzini, 115 575 ton dizel yanacağı, 25 852 ton təyyarə yanacağı, 766 ton soba mazutu ixrac edilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Aprel ayı ilə müqayisədə avtomobil benzinin ixracı 65,4% artıb, dizel yanacağının ixracı 2,8%, təyyarə yanacağı 12,8%, soba mazutunun ixracı isə 39 dəfə azalıb.

Ümumilikdə, 2009-cu ilin yanvar-may ayları ərzində 99 541 ton avtomobil benzini, 625 398 ton dizel yanacağı, 173 235 ton təyyarə yanacağı, 32 094 ton soba mazutu ixrac edilib.

May ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 586,01 dollar, təyyarə yanacağının qiyməti 499,76 dollar, dizel yanacağının qiyməti 456,39 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 338,78 dollar olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR