Bank Of Baku

ARDNŞ ötən ay Bakı-Novorossiysk kəməri ilə neft ixracını artırıb

ARDNŞ ötən ay Bakı-Novorossiysk kəməri ilə neft ixracını artırıb
# 05 iyun 2009 14:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin may ayında ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən Novorossiysk limanından 224 252 ton xam neft ixrac edilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib. Bakı-Novorossiysk kəməri ilə ixrac edilən neftin həcmi aprel ayı ilə müqayisədə 0,1% artıb.

Cari ilin yanvar-may ayları ərzində həmin istiqamətdə 1 057 977 ton xam neft ixrac edilib.

May ayında dünya bazarında «Brent» tipli xam neftin 1 barreli 57,48 dollara, «Ural» nefti 57,07 dollara, «BTC FOB Ceyhan» tipli xam neftin 1 bareli isə 58,41 dollara satılıb.

Qeyd edək ki, Bakı - Novorossiysk neft kəməri Ilə ARDNŞ tərəfindən xam neftin ixracı 1997-ci ildə başlanıb. Şimal marşrutu ilə nəql olunan ARDNŞ xam nefti Rusiya ərazisində «Transneft» şirkətinin kəmərlər sistemində Rusiya ixracatçıların məhsulları ilə qarışır və Novorossiysk limanından Urals xam neft markası altında satılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR