Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti bu il 1,2 mlrd. dollar sərmayə yatıracaq

Azərbaycan Dövlət Neft Şirkəti bu il 1,2 mlrd. dollar sərmayə yatıracaq
# 08 iyun 2009 07:53 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) 2009-cu il ərzində yatıracağı investisiyaların ümumi həcminin 1 mlrd. manat (1,243 mlrd. ABŞ dolları) təşkil edəcəyi gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.

S.Qasımovun sözlərinə görə, artıq ARDNŞ xərclər və gəlirlər smetasını Nazirlər Kabinetinə təqdim edib və smetanın təsdiq olunmasını gözləyir: «Smetada ARDNŞ-a məxsus bütün 18 müəssisəyə yatırılacaq sərmayələr, həmçinin «Ümid» yatağının kəşfiyyat işlərinə sərf olunacaq vəsait daxildir. İnvestisiyaların ümumi həcmi 1 mlrd. manat dəyərində qiymətləndirilir».

S.Qasımov onu da qeyd edib ki, smetada investisiyaların yatırılmasının bir neçə variantı mövcuddur. Belə ki, hər şey ARDNŞ-ın gəlirlərindən asılı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR