Bank Of Baku

Bu il Azərbaycanda neft hasilatı 11% artacaq

Bu il Azərbaycanda neft hasilatı 11% artacaq
# 08 iyun 2009 08:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunadək Azərbaycanda hasil olunacaq neftin həcminin ötən illə müqayisədə 11,1% artacağı gözlənilir.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, təkcə ARDNŞ tərəfindən bu il ərzində 8,5 mln. ton neft hasil olunacağı planlaşdırılır. Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinin hasil edəcəyi neftin həcmi isə 41,5 mln. tona çatacağı gözlənilir. Ümumiyyətlə, Azərbaycanda 2009-cu ilin sonunadək 50 mln. ton neftin hasil olunması proqnozlaşdırılır.

ARDNŞ-ın proqnozlarına görə, 2010-cu ildə Dövlət Neft Şirkəti 8,4 mln. ton, xarici şirkətlər 46,6 mln. ton neft hasil edəcək, Azərbaycan üzrə ümumi neft hasilatı isə 55 mln. ton olacağı gözlənilir.

Bundan başqa, 2001-2015-ci illər ərzində ARDNŞ-ın neft hasilatının həcmi ildə 8,4 mln. ton, xarici şirkətlər üzrə isə 51,6 mln. ton, Azərbaycanın ümumi illik neft hasilatının həcmi isə 60 mln. tona bərabər olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 2008-ci ildə Azərbaycanda ümumilikdə 45 mln. ton neft hasil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR