Bank Of Baku

Azərbaycan mayda benzin istehsalını 22% artırıb

Azərbaycan mayda benzin istehsalını 22% artırıb
# 08 iyun 2009 11:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin may ayında ARDNŞ-in neft emalı müəssisələrində 122,45 min ton benzin istehsal edilib ki, bu da aprel ayı ilə müqayisədə 22,1% çoxdur. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

İstehsal olunmuş benzinin 102,77 min tonunu avtomobil benzini, 19,68 min tonunu isə kimya üçün ilkin benzin fraksiyası təşkil edib. Avtomobil benzininin istehsalı 15,5%, kimya üçün ilkin benzin fraksiyasının istehsalı isə 74,7% artıb.

Qeyd edək ki, yanvar-may aylarında 477,43 min tonu avtomobil benzini, 89,72 min tonu isə kimya üçün ilkin benzin fraksiyası olmaqla ümumilikdə 567,15 min ton benzin istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR