Bank Of Baku

Vaşinqtonda ABŞ-ın Xəzər regionunda siyasəti mövzusuna həsr olunmuş tədbir keçiriləcək

Vaşinqtonda ABŞ-ın Xəzər regionunda siyasəti mövzusuna həsr olunmuş tədbir keçiriləcək
# 08 iyun 2009 12:04 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. İyunun 23-də Vaşinqtonda ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi, səfir Riçard Morninqstarın iştirakı ilə Vaşinqtonun Xəzər regionunda siyasəti mövzusuna həsr olunmuş tədbir keçiriləcək. APA-nın məlumatına görə, tədbir ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) tərəfindən təşkil olunub. Toplantıda Riçard Morninqstar yeni mandatına daxil olan səlahiyyətləri açıqlayacaq, Xəzər regionunda enerji məsələlərinə dair tendensiyalar barədə fikirlərini bölüşəcək. Qeyd edək ki, Riçard Morninqstar ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsinə aprel ayında təyin olunub. Onun səlahiyyətlərinə ABŞ-ın Avrasiya regionunda enerji maraqlarını dəstəklənməsi, Avropa, Ukrayna, Türkiyə, Mərkəzi Asiya və Qafqaz regionunda enerji məsələlərini diqqətdə saxlamaq daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR