Bank Of Baku

Azərbaycanda yaxın 6 ildə 20 kəşfiyyat quyusu qazılacaq

Azərbaycanda yaxın 6 ildə 20 kəşfiyyat quyusu qazılacaq
# 08 iyun 2009 13:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) «Axtarış kəşfiyyat qazması üzrə iş proqramı» çərçivəsində xarici investorlarla birgə 20 quyu qazacaq.

ARNDŞ-dan «APA-Economics»ə verilən məlumata görə, 20 quyunun 2009-2015-ci illər ərzində qazılması planlaşdırılır. Həmin dövr ərzində 116 min metr qazma işləri yerinə yetiriləcək. Artıq bu il həmin işlərə 1,5 mln. manat (1,8 mln. dollar) vəsait xərclənəcək.

Qeyd edək ki, təkcə bu il ərzində Azərbaycanda 50 mln. ton neft və 25-27 mlrd. kubmetr təbii qazın hasil olunacağı planlaşdırılır. Azərbaycanın ümumi qaz ehtiyatları isə 2-5 trln. kubmetr həcmində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR