Bank Of Baku

Rusiya Azərbaycana yeni tranzit şərtləri təklif edir

Rusiya Azərbaycana yeni tranzit şərtləri təklif edir
# 08 iyun 2009 13:23 (UTC +04:00)
Bakı. Elmin İbrahimov - APA-Economics. Rusiyanın «Transneft» şirkəti Azərbaycanda hasil olunan neftin RF ərazisi ilə nəqli üzrə mövcud tranzit şərtlərinin dəyişdirilməsi təklifi ilə çıxış edib. «APA-Economics»in BNE portalına (www.businessneweurope.eu) istinadən verdiyi məlumata görə, bunu «Transneft» şirkətinin rəsmisi İqor Dyomin bildirib.

İqor Dyominin sözlərinə görə, əgər Azərbaycan Rusiya ərazisi ilə ildə 5 mln. tondan artıq həcmdə neft nəql etməyə razılaşarsa, bu halda rəsmi Moskva tranzit tariflərini azalda bilər. Əskinə, nəql olunan neftin həcmi 2 mln. tona qədər azalarsa, bu halda tranzit haqlarının artırılması mümkündür.

Hazırda Azərbaycan Rusiya ərazisi ilə (Bakı-Novorossiysk boru kəməri) nəql olunan neftin 1 tonu üçün 15,67 ABŞ dolları məbləğində tranzit haqqı ödəyir və il ərzində bu marşrutla təxminən 3 mln. ton neft nəql edir.

Qeyd edək ki, bir qədər əvvəl Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Azərbaycanın mövcud tranzit şərtlərindən razı olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR