Bank Of Baku

Azərbaycan Xəzərdəki «Darvin Bankəsi» yatağında yeni quyu istismara verib

Azərbaycan Xəzərdəki «Darvin Bankəsi» yatağında yeni quyu istismara verib
# 09 iyun 2009 13:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Abşeron» NQÇİ-nin «Darvin Bankəsi» yatağındakı 340 nömrəli platformadan qazılan 716 nömrəli quyu istismara daxil edilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Quyu Qirməkialtı Lay Dəstəsindən, 1420 metr dərinlikdən sutkada 7 ton neft verir. Ehtiyatda isə daha 2 məhsuldar horizont var. Hazırda mənimsəmədə olan 718 nömrəli quyu da yaxın günlərdə istismara daxil ediləcək.

Qeyd edək ki, «Darvin Bankəsi» yatağı dənizdə, Pirallahı adasından 6 km aralıda yerləşir. Yataq qazma üçün əlverişli hesab olunur və quyuların orta dərinliyi 1400 metrdir. Yataqda 1950-ci ildən bu günədək 651 quyu qazılıb, 16,2 mln. ton neft hasil edilib.

ARDNŞ-dan verilən məlumata görə, hazırda yataqda qalıq çıxarılabilən ehtiyatların həcmi 3 mln. tona bərabərdir. İstismarda olan 114 quyudan sutkada 205 ton neft hasil edilir və bu il yataqda 8 yeni quyunun qazılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR