Bank Of Baku

NATO Cənubi Qafqazda boru kəmərlərinin mühafizəsində iştirak edə bilər

NATO Cənubi Qafqazda boru kəmərlərinin mühafizəsində iştirak edə bilər
# 10 iyun 2009 08:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. NATO Cənubi Qafqaz regionunda ixrac boru kəmərlərinin mühafizəsində iştirak edə bilər. «APA-Economics»in məlumatına görə, bunu NATO-nun Müdafiə və İqtisadi Təhlükəsizlik Direktoratlığının rəhbəri Maykl Qaul (Michael Gaul) bildirib.

NATO rəsmisinin sözlərinə görə, ixrac kəmərlərinin mühafizəsi hazırkı şəraitdə milli imkanlar hesabına həyata keçirilir. Yəni, hər bir dövlət öz ərazisində kəmərin mühafizəsini təşkil edir. Lakin müvafiq müraciət olunarsa, NATO bölgədəki kəmərlərin mühafizəsində iştirak edə bilər.

M.Qaulun sözlərinə görə, NATO-nun aprel ayında keçirilən son sammitində də enerji təhlükəsizliyi əsas prioritet məsələlərdən biri kimi qaldırılıb. Bu kontekstdə alyans enerji təhlükəsizliyi sahəsində üzv və tərəfdaş ölkələrlə əməkdaşlıq qurulması istiqamətində işlər həyata keçirir.

«Azərbaycan Avropanın enerji təchizatında, eləcə də enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. NATO bu sahədə Azərbaycanla fikir mübadilələri aparmaq niyyətindədir», - deyə alyans rəsmisi vurğulayıb.

M.Qaul onu da qeyd edib ki, NATO Avropanın qaz təchizatı üçün alternativ marşrut kimi təklif olunan «Nabucco» layihəsini də dəstəkləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR