Bank Of Baku

Qətər Azərbaycanla neft-qaz sahəsində əməkdaşlıqda maraqlıdır

Qətər Azərbaycanla neft-qaz sahəsində əməkdaşlıqda maraqlıdır
# 10 iyun 2009 10:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Qətər Azərbaycanla neft-qaz sahəsində əməkdaşlıq etməyə hazırdır. «APA-Economics»in məlumatına görə, bunu Qətərin xarici ticarət və sərmayə departamentinin müdiri Xalid Yusif bildirib.

Onun sözlərinə görə, neft-qaz sahəsində Azərbaycan və Qətərin bir çox oxşarlığı var. Belə ki, hər iki ölkə neft-qaz ixracatçısıdır: «Biz neft-qaz sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırıq və bu sahədə mövcud təcrübəmizlə bölüşə bilərik».

X.Yusif onu da qeyd edib ki, Qətər Azərbaycanla kimya sənayesi və turizm kimi sahələrdə də əməkdaşlıq etməyə hazırdır: «Qətər Azərbaycanın ticarət sahəsi ilə yaxından tanış deyil. Lakin biz Azərbaycan bazarında təhlükəsiz və möhkəm bünövrə görürük. Məhz bu səbəbdən biz Azərbaycanla hər hansı bir layihədə əməkdaşlıq etməkdən çəkinmirik. Bizə sadəcə ətraflı məlumat gərəkdir».

Bundan başqa, X.Yusif qeyd edib ki, son 4 il ərzində Qətərin ümumi daxili məhsulun (ÜDM) artım tempi 34% təşkil edib. Netf-qaz sahəsinin ÜDM-də payı 63%-ə, maliyyə və sığorta sahəsinin payı 10%-ə, tikinti sektorunun payı isə 6%-ə bərabər olub: «Qətərin illik qaz hasilatı təxminən 77 mln. tona bərabərdir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR