Bank Of Baku

«Azərenerji» may ayında dövlət büdcəsinə ödənişləri 17% artırıb

«Azərenerji» may ayında dövlət büdcəsinə ödənişləri 17% artırıb
# 11 iyun 2009 11:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin may ayında «Azərenerji» ASC tərəfindən dövlət büdcəsinə 11 mln. manat vəsait ödənilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Dövlət büdcəsinə ödənilmiş vəsaitin həcmi 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 17% çox olub.

Qeyd edək ki, cari ilin yanvar-may aylarında «Azərenerji» tərəfindən dövlət büdcəsinə ümumilikdə 57,4 mln. manat və ya 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 20% çox vəsait ödənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR