Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti «Ümid» strukturunda genişhəcmli tədqiqatlar aparıb

Azərbaycan Dövlət Neft Şirkəti «Ümid» strukturunda genişhəcmli tədqiqatlar aparıb
# 11 iyun 2009 11:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in Kompleks Geoloji-Kəşfiyyat və Topoqrafiya İdarəsinin mütəxəssisləri «Geofizik-2» elmi-tədqiqat gəmisi vasitəsilə «Ümid» perspektiv strukturunda böyük həcmdə tədqiqatlar həyata keçirib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Yataqda kəsilişin üst hissəsinin davamlı seysmoakustik profillənməsi aparılıb. Dəniz dibi relyefi, layların qalınlığı tədqiq edilib, süxurların yükgötürmə qabiliyyəti, dərin yarılmalar, qaz yığımları və palçıq vulkanları araşdırılıb.

Qeyd edək ki, bu, «Geofizik-2» gəmisinin cari ildə «Ümid»ə ikinci səfəridir. Mart ayında gəminin köməyi ilə Kompleks Geoloji-Kəşfiyyat və Topoqrafiya İdarəsinin mütəxəssisləri tədqiqatların birinci mərhələsini həyata keçirib. O zaman 75 km-lik həcmdə dəniz dibinin sonar fotoçəkilişi, 205 km-lik həcmdə isə batimetriya işləri aparılıb. Tədqiqatlar dərinsulu platformaların quraşdırılması, sualtı boru kəmərlərinin və digər hidrotexniki qurğuların inşası üçün təhlükəsiz yer seçilməsi məqsədilə lazım olan əsas göstəriciləri müəyyənləşdirmək məqsədi daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR