Bank Of Baku

Azərbaycanın baş naziri yenidən Dövlət Neft Fondu Müşahidə Şurasının sədri seçilib

Azərbaycanın baş naziri yenidən Dövlət Neft Fondu Müşahidə Şurasının sədri seçilib
# 11 iyun 2009 14:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Bu barədə «APA-Economics»ə ARDNF-in mətbuat xidmətindən məlumat verilib.

ARDNF Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2008-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-in 2008-ci il büdcəsinin icrası məsələlərinə baxılıb.

Müşahidə Şurası Neft Fondunun icraçı direktorunun təqdim etdiyi ARDNF-in 2008-ci ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2008-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun («Deloytt & Touch» şirkətinin) hesabatına və rəyinə baxaraq onları məqbul hesab edib. Fondun 2008-ci il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün dövlət başçısına təqdim etmək barədə qərar qəbul edilib.

Baş nazir A.Rasizadə təkrar olaraq ARDNF-in Müşahidə Şurasının sədri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR