Bank Of Baku

Mayda Bakı-Ceyhan kəməri ilə 3,3 mln. ton Azərbaycan nefti nəql olunub

Mayda Bakı-Ceyhan kəməri ilə 3,3 mln. ton Azərbaycan nefti nəql olunub
# 12 iyun 2009 07:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin may ayı ərzində Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 3,3 mln. ton Azərbaycan nefti nəql olunub. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Cari ilin yanvar-may aylarında isə BTC ilə 14,4 mln. ton neft ötürülüb.

Ümumilikdə, kəmər istifadəyə verilən gündən 2009-cu ilin iyun ayının 1-ə qədər BTC-yə 84,8 mln. ton neft vurulub.

Qeyd edək ki, Azərbaycan neftinin əsas ixrac marşrutlarından sayılan, dəyəri təxminən 3,4 mlrd. ABŞ dolları olan BTC 2006-cı ilin iyun ayında istifadəyə verilib. Uzunluğu 1 776 km olan BTC-nin 1 076 km-i Türkiyə, 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan ərazisinə düşür. Kəmər gündə 1 mln. barel (illik 50 mln. ton) nəqletmə gücünə malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR