Bank Of Baku

Bu il Ceyhan limanından 14,5 mln. ton Azərbaycan nefti ixrac olunub

Bu il Ceyhan limanından 14,5 mln. ton Azərbaycan nefti ixrac olunub
# 12 iyun 2009 07:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin may ayı ərzində Türkiyənin Ceyhan limanından 3,5 mln. ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Cari ilin yanvar-may aylarında isə bu göstərici 14,5 mln. ton təşkil edib.

Ümumilikdə, Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri istismara veriləndən (2006-cı ilin iyun ayı) 2009-cu ilin iyun ayının 1-ə qədər Ceyhan limanından 82,9 mln. ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Qeyd edək ki, Azərbaycan nefti Ceyhan limanına Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə nəql edilir. Uzunluğu 1 768 km təşkil edən kəmər üç ölkənin ərazisindən keçir - Azərbaycan (443 km), Gürcüstan (249 km), Türkiyə (1 076 km) və gündə 1 mln. barel (illik 50 mln. ton) nəqletmə gücünə malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR