Bank Of Baku

Natiq Əliyev: “Dünya bazarında neftin qiymətinin düşməsinin Bakı-Tiflis-Ceyhan kəmərinin səmərəliliyinə təsiri yoxdur”

Natiq Əliyev: “Dünya bazarında neftin qiymətinin düşməsinin Bakı-Tiflis-Ceyhan kəmərinin səmərəliliyinə təsiri yoxdur”
# 13 iyun 2009 10:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. “Dünya bazarında neftin qiymətinin aşağı düşməsinin Bakı-Tiflis-Ceyhan boru kəmərinin səmərəliliyinə heç bir təsiri yoxdur”. APA-nın məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib. O bildirib ki, kəmərin keçdiyi ölkələrə neftin 1 barelinə görə müəyyən olunmuş tranzit haqqı ödənilir: “Bu tranzit haqqının neftin qiyməti ilə heç bir bağlılığı yoxdur. Qiymətlərin aşağı düşməsinin kəmərin səmərəliliyinin də aşağı düşməsinə təsiri barədə deyilənlər doğru deyil”.

Nazir Türkiyə ilə təbii qazın alqı-satqısına dair danışıqların davam etdirildiyini də vurğulayıb. N. Əliyev danışıqlarda qazını mövcud bazar qiymətinə satılmasının prioritet təşkil etdiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR