Bank Of Baku

Azərbaycan hökumətinin mədən sənayesində məcmu daxilolmaları barədə yeni hesabat açıqlanıb

Azərbaycan hökumətinin mədən sənayesində məcmu daxilolmaları barədə yeni hesabat açıqlanıb
# 16 iyun 2009 06:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan hökumətinin «Deloytt & Touch» audit şirkəti tərəfindən yoxlanılmış mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə onuncu hesabatı (2008-ci il üzrə illik) açıqlanıb. Bu barədə «APA-Economics»ə Dövlət Neft Fondunun (ARDNF) mətbuat xidmətindən məlumat verilib.

Dərc edilən hesabatlara eyni zamanda hasilat (neft-qaz) sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında audit şirkətinin verdiyi rəy də daxildir.

Ölkənin hesabatı, eləcə də audit şirkətinin rəyi Dövlət Neft Fondunun (www.oilfund.az), MHŞT üzrə Beynəlxalq Katibliyin (www.eiti.org) və QHT-lərin təmsil olunduğu Mədən Hasilatında Şəffaflığın Artırılması Koalisiyasının (www.eiti-az.org) İnternet səhifələrində yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR