Bank Of Baku

Azərbaycan və Rusiyanın enerji sistemlərinin paralel rejimdə işləməsini təmin edən «Yaşma» yarımstansiyası modernləşdirilib

Azərbaycan və Rusiyanın enerji sistemlərinin paralel rejimdə işləməsini təmin edən «Yaşma» yarımstansiyası modernləşdirilib
# 16 iyun 2009 12:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan və Rusiyanın enerji sistemlərinin paralel rejimdə işləməsində əsas rol oynayan «Yaşma» yarımstansiyasında texniki modernləşmə işləri həyata keçirilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Cari ilin yanvar-may ayları ərzində yarımstansiyada müasir texnologiyaların tələblərinə cavab verən avadanlıqların quraşdırılması sistemdə enerjinin ötürülməsinin dayanıqlığını artırıb. Yarımstansiyadakı 330 KV-luq hava açarları da eleqaz açarlarla əvəzlənib. Həmçinin, yaxın günlərdə 220 KV-luq cərəyan transformatorunun yenisi ilə əvəz olunması nəzərdə tutulub.

Bununla yanaşı, SCADA sisteminə uyğun olaraq, yarımstansiyalardakı məlumatların dispetçer məntəqəsinə çatdırılması məqsədilə kabel xətti çəkilir. Artıq «Yaşma» ilə yanaşı «Sənaye qovşağı», «I Sumqayıt» və «I Xırdalan» hava xətlərində işlər başa çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR