Bank Of Baku

Dörd rayonunun Qaz İstismarı İdarəsinin rəisi vəzifəsindən azad olunub

Dörd rayonunun Qaz İstismarı İdarəsinin rəisi vəzifəsindən azad olunub
# 16 iyun 2009 15:13 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. 2009-cu ildə respublikanın 4 rayonunun Qaz İstismarı İdarəsinin (Qİİ) rəisi tutduğu vəzifədən azad olunub, onlardan bəziləri isə istintaqa cəlb edilib. APA-nın yerli bürosunun xəbərinə görə, bu məlumat bu gün Şəkidə ölkənin şimal-qərb və ətraf rayonların Qaz İstismarı idarələrinin rəhbərlərinin iştirakı ilə keçirilən, “Azəriqaz” işçilərinin peşə bayramına həsr edilmiş toplantıda səslənib. Yığıncaqda çıxış edən “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin Qaz alğı-satqısı şöbəsinin rəisi Ramiz Məlikov bildirib ki, cari ilin beş ayı ərzində Ağcabədi, Oğuz, Dəvəçi və Astara rayonlarının Qİİ rəhbərləri sui-istifadə hallarına yol verdikləri üçün vəzifələrindən azad olublar.

R. Məlikov hazırda Ağcabədi Qİİ-nin rəisi barəsində cinayət işinin başlandığını, istintaq getdiyini də vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR